ATƏT sədrinin xüsusi nümayəndəsi: “Dağlıq Qarabağ münaqişəsinin tərəfləri gərginliyi azaltmaq üçün tədbirlər görməlidirlər” - AÇIQLAMA
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər iradə göstərməli və ATƏT-ə etimad etməlidir". SİA-nın xəbərinə görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Gedryus Çakuolis "Azadlıq" radiosuna müsahibəsində deyib.
O bildirib ki, ən önəmlisi tərəflərin bir-birinə etimadıdır: "Ermənistan və Azərbaycan hökumətləri öz cəmiyyətlərini münaqişənin danışıqlar yolu ilə həllinə hazırlamaması ciddi narahatlıq yaradır.
Məhz buna görə, münaqişə tərəfləri gərginliyi azaltmaq üçün tədbirlər görməlidirlər. Mənim nümayəndələrim, mən özüm və ölkəmin xarici işlər naziri bölgəyə səfərlər etmişik. Biz münaqişənin sülh yolu ilə həli üçün siyasi iradənin, atəşkəs rejiminin möhkəmləndirilməsinin, təmas xəttindəki insidentlərin araşdırılmasının, snayperlərin geri çəkilməsinin, yerli səhra komandirlərinin əlaqə saxlaması üçün "qaynar xətt"in yaradılmasının, qarşılıqlı etimadın artırılması üçün tədbirlərin vacibliyini vurğulayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB