Müdafiə naziri Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı nazir Azərbaycanın müstəqillik qazandıqdan sonra Avropa ilə sıx əlaqələrindən və hərbi əməkdaşlıq məsələlərindən bəhs edib.
S.Əbiyev bölgədə gərgin hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının işğalına şərait yaradan səbəblər, nəticədə bir milyon soydaşımızın öz doğma yurdundan didərgin düşməsi və digər problemlərdən söhbət açıb. Müdafiə naziri qeyd edib ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi hələ ki, konkret bəhrəsini verməyib və Azərbaycana qarşı ikili standartlar bu gün də mövcuddur. O, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin indiyədək yerinə yetirilmədiyini qonağın diqqətinə çatdırıb və Avropa İttifaqının konfliktin həllində səylərini artıracağına ümid etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB