Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri cəbhə bölgəsində olub

Avqustun 30-da Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ramazan Bayramı münasibətilə cəbhə bölgəsində olub. SİA-nın xəbərinə görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Bərdə və Ağdam rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə, az təminatlı və şəhid ailələri ilə görüşüb, onlara bayram sovqatı paylayıblar. Gənclər Bərdədə müvəqqəti məskunlaşan Milli Qəhrəman Yelmar Edilovun ailə üzvləri ilə də görüşüblər.

Qeyd olunub ki, gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün qəhrəmanlarımızın göstərdiyi şücaət hamı üçün örnəkdir. Mərhumun həyat yoldaşı Reyhan Quliyeva Prezident İlham Əliyevə və Yeni Azərbaycan Partiyası rəhbərliyinə onlara göstərilən xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirib.

Nümayəndə heyəti daha sonra Ağdam rayonuna gedərək burada rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov ilə görüşərək burada aparılan geniş abadlıq və quruculuq işləri ilə yaxından tanış olublar. Rayon ərazisində beynəlxalq standartlara uyğun təmir edilən Ağdam mədəniyyət evi, Mərkəzi rayon xəstəxanası, eləcə də rayonun girişində tikilən Bayraq meydanı qonaqların xüsusi marağına səbəb olub. Gənclər həmçinin Quzanlı qəsəbəsində yeni salınmış və 700-ə yaxın ev olan qaçqın şəhərciyində də olublar.

Daha sonra Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatının nümayəndə heyəti rayonun Bənövşələr qəsəbəsində müvəqqəti məskunlaşan məcburi köçkünlərlə, az təminatlı ailələr və şəhid ailələri ilə görüşərək onlara bayram sovqatı hədiyə ediblər. Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının sədri Seymur Orucov qeyd edbi ki, gənclərimiz işğal altında olan torpaqlarımızın düşmən tapdağı altından azad edilməsi ücün savaşa hər an hazırdır. Ziyarət edilən rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək, onun rəhbərliyi altında tezlilkə torpaqlarımımzin azad ediləcəyini, öz doğma yurd - yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə