Ermənistanı tərk edənlərin sayı getdikcə artır

Ermənistanı tərk edənlərin sayı getdikcə artır

Son illərdə Ermənistan iqtisadiyyatında böhranın getdikcə dərinləşməsi, əhalinin əksəriyyətinin dilənçilik həddində yaşaması ölkəni tərk edənlərin sayının sürətlə artmasına səbəb olub.

Bu təkzibedilməz faktı hətta güclü erməni lobbisinin maddi yardımı ilə Fransada nəşr olunan gündəlik "Ermənistan xəbərləri" ("Les Nouvelles d’Armenie") qəzeti də etiraf etməyə məcbur olub.

Qəzet bu ilin birinci rübündə Ermənistanı 459.753 nəfərin tərk etməsi, 368.408 erməninin isə guya vətənlərinə dönməsi barədə məlumat verib. Rəqəmləri müqayisə etdikdə Ermənistandan gedənlərin ölkəyə gələnlərin sayını 91.345 nəfər üstələdiyi aydın olur.

Şübhəsiz, qəzetin guya 368.408 erməninin vətənə qayıtması barədə məlumatı xeyli şübhəli görünür. Bugünkü Ermənistan reallığına baxanda, həmin rəqəmin həddindən artıq şişirdildiyinə heç bir şübhə yeri qalmır. Əgər doğrudan da bu gün aclıq və səfalət içində boğulan ölkəyə gələn varsa, çox güman ki, bunlar Ermənistan rəhbərliyinin "gözəl və firavan həyat" vədlərinə aldananlardır. Onlar da bir qədər Ermənistanda yaşadıqdan sonra əsl real həyatı, ölkə rəhbərliyinin vədlərinin yalandan başqa bir şey olmadığını görüb yenidən vaxtilə yaşadıqları məkana dönürlər.


Bütün xəbərlər Facebook səhifəmizdə