Avqustun 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfir Hulusi Kılıç Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi briqada generalı Yüçel Karaüzü müdafiə naziri Səfər Əbiyevə təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB