Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 21-də saat 10.30-dan 10.45-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- saat 20.10-dan 20.20-dək və 23.45-dən 00.00-dək Ağdam rayonunun Qaraqaşlı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 20.00-dan 20.15-dək və 23.45-dən 00.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə