Ukrayna Avropa Ittifaqı ilə viza rejimini ləğv etmək üçün bütün gücünü ortaya qoyub
Bu barədə Ukrayna dövlətinin başçısı Viktor Yanukoviç "Zerkalo nedeli Ukraina"-ya verdiyi müsahibədə yazır. Prezident Ukrayna hökümətinin Avropa İttifaqına vizasız gediş-gəlişini təmin etmək üçün bütün gücünü ortaya qoyduğunu vurğulayıb: "Gələn il biz strateji müttəfiqimiz olan Polşa ilə Avropa çempionatına ev sahibliyi edəcəyik. Bu bizə bir daha şans verir ki, Avropa müasir Ukraynanı görsün, ukraynanılar isə avropalı turistlər və azarkeşlərlə əlaqədə olsunlar. Onu xüsusi vurğulamaq istəyirəm ki, Ukrayna üçün Avropa İttifaqına girmək təkcə iqtisadi əməkdaşlıq üçün lazım deyil, bundan əlavə, mən deyərdim hər şeydən əvvəl insan əlaqələrinin genişlənməsi üçün daha vacibdir. Bu rəhbərliyə deyil, cəmiyyətə, hər bir Ukrayna vətəndaşına lazımdır. Mən ümid edirəm ki, Avropa tərəfi bizim nəyə qadir olduğumuzu görərək azad gediş-gəliş üçün bizə yardımçı olacaqlar".
Viktor Yanukoviç Ukrayna dövlətinin milli maraqları üçün lazım olan bu proqramın həyata keçirilməsi üçün hökumətin bütün gücünü ortaya qoyacağını deyib.
Əlmaniz Ələkbərli, Şərqi Avropa ölkələri və Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB