Moskvada Qara dəniz və Xəzər dənizi beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq fondunun Direktorlar Şurasının 7-ci iclası keçirilib

Moskvada Qara dəniz və Xəzər dənizi beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq fondunun Direktorlar Şurasının 7-ci iclası keçirilib
Moskvada Qara dəniz və Xəzər dənizi beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq fondunun (QDXDBF) Direktorlar Şurasının 7-ci iclası açılıb. SİA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikasını ölkənin Rumıniya və Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri, QDXDBF-nin baş katibi Eldar Həsənov təmsil edir.
İclasda Qara dəniz və Xəzər dənizi regionları ölkələrinin iqtisadi əməkdaşlığına, beynəlxalq dialoqun inkişaf etdirilməsinə, dini tolerantlığın möhkəmləndirilməsinə həsr olunmuş aktual mövzular müzakirə edilir. İclasda, həmçinin Bolqarıstanda QDXDBF-nin filialının açılması, Qara dəniz və Xəzər dənizi regionları ölkələrinin paytaxt və iri şəhər merlərinin, habelə sahibkarlarının konfransının keçirilməsi məsələləri də müzakirə olunur.
İclas çərçivəsində həyata keçirilmiş və yeni layihələr, gələcək əməkdaşlığın fəallaşdırılmasına dair təkliflər diqqət mərkəzindədir.
İkigünlük iclasın birinci gününün yekunları üzrə fondun rəhbərlərinin mətbuat konfransı olub. Mətbuat konfransında QDXDBF-nin yaradılmasında və uğurlu fəaliyyətində, Avropa İttifaqı ilə əməkdaşlığın qaydaya salınmasında Azərbaycanın mühüm rol oynadığı qeyd edilib. Fondun yaradılmasının təşəbbüsçüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və bu təşəbbüsü dəstəkləmiş Rumıniya Prezidenti Trayan Beseskuya xüsusi minnətdarlıq ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə