\"Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizama salınmasında hamıdan çox Azərbaycan maraqlıdır\"
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizama salınmasında hamıdan çox Azərbaycan maraqlıdır".SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov "Biznes və siyasət" qəzetinə müsahibəsində məlumat verib.O bildirib ki, Azərbaycan bu məsələnin hüquqi formada həll olunması istiqamətində əlindən gələni edib: "Ermənistan ilə Azərbaycan arasında münaqişə keçən yüzilliyin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə əlaqədar olaraq başlanıb. Azərbaycan münaqişəni beynəlxalq hüquq əsasında həll etməyə can ataraq əlində olan bütün siyasi və diplomatik vasitələrdən tam istifadə etməyə cəhd göstərdiyini açıq-aydın və birmənalı şəkildə nümayiş etdirir.Azərbaycan bunu əsas götürür ki, dövlətin ərazi bütövlüyü danışıqların mövzusu deyildir və o, heç vaxt xalqının hüquqlarını nəzərə almayan və indiki status-kvonu leqallaşdıran qərarla razılaşmayacaq.Azərbaycan əmindir ki, cari nizamasalma prosesinin əsas elementi qeyri-qanuni erməni işğalının dayandırılmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə, Azərbaycan Respublikası çərçivəsində Dağlıq Qarabağ regionunda erməni və Azərbaycan icmalarının dinc yanaşı yaşamasının təmin edilməsinə əsaslanan formuldur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB