Azərbaycan Prezidentinin Sərəncamı ilə Aslan Aslanov “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan Prezidentinin Sərəncamı ilə Aslan Aslanov “Şöhrət” ordeni ilə təltif edilib


Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AzərTAc-ın baş direktoru Aslan Aslanov "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də bu barədə Sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, Sərəncama əsasən, Aslan Aslanov ölkənin ən yüksək mükafatlarından birinə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə layiq görülüb.

Avqustun 18-də dünyada ən qocaman informasiya agentliklərindən birinin rəhbərinin 60 yaşı tamam olub.

Aslan Aslanov 2002-ci ildən AzərTAc-a rəhbərlik edir. Bu müddətdə agentlik xeyli genişlənmiş, onun maddi-texniki bazası möhkəmlənib, əməkdaşların peşəkarlıq səviyyəsi artmış, əsasən xarici informasiya məkanına işləyən yeni bölmələr yaranıb, beynəlxalq əməkdaşlıq genişlənib.



Bütün xəbərlər Facebook səhifəmizdə