İstanbulda İƏT İcraiyyə Komitəsinin Somalidəki humanitar fəlakətə həsr olunmuş konfransı keçirilib
İstanbuldakı "Konrad" otelində 57 ölkədən gəlmiş xarici işlər nazirləri və səfirlərin iştirakı ilə İslam Əməkdaşlığı Təşkilatı (İƏT) İcraiyyə Komitəsinin Somalidəki humanitar fəlakətə həsr olunmuş konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycanı ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri, İslam Əməkdaşlığı Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Abdullayev təmsil edib.
İƏT-in baş katibi Ekmələddin İhsanoğlu konfransda bildirmişdir ki, Somalidə aclıq və quraqlıq fəlakətə son qoymaq üçün ən azı 500 milyon ABŞ dolları lazımdır. Bu ölkədə hər gün 60 uşağın öldüyünü vurğulayan baş katib rəhbərlik etdiyi təşkilatın humanitar yardımların əlaqələndirilməsini həyata keçirməyə hazır olduğunu deyib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə ölkəsində həyata keçirilmiş kampaniyalarda Somali üçün 100 milyon ABŞ dollarının toplandığını, avqustun 19-da ailəsi ilə birlikdə bu ölkəyə gedəcəyini və Moqadişidə bir xəstəxananın açılışında iştirak edəcəyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB