Ərdoğan: “Artıq səbrimiz bitdi”

Ərdoğan: “Artıq səbrimiz bitdi”

"Artıq səbrimiz bitdi". SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda hərbi maşın karvanına PKK terrorçuları tərəfindən atəşə tutulmasına münasibət bildirərkən deyib: "Səbrimizin sonundayıq. Ramazan ayının başa çatmasını gözləməyəcəyik. Bundan sonra söz yox, hərəkətlərimizi görəcəksiniz", - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Türkiyədə hərbi maşın karvanına hücum olub. Hadisə Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda baş verib. Belə ki, yola qoyulan mina nəticəsində partlayan hərbi maşın karvanı PKK terrorçuları tərəfindən atəşə tutulub. Hadisə zamanı dünyasını dəyişənlərin sayı 8, yaralıların sayı isə 9-a çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə