Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prezident Obama üçün ilkin prioritet təşkil edir” - AÇIQLAMA

Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prezident Obama üçün ilkin prioritet təşkil edir” - AÇIQLAMA

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prezident Obama və dövlət katibi Hillari Klinton üçün ilkin prioritet təşkil edir. Buna görə də, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri olaraq mənim üçün də ilkin prioritet təşkil edir". SİA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Qarabağ Azadlıq Təşkilatı (QAT) Qadınlar Şurasının təşəbbüsü ilə 1000 nəfərdən artıq qadının imzaladığı və BMT baş katibi, ABŞ, Rusiya, Fransa prezidentlərinə göndərilən müraciətə ABŞ tərəfindən cavabında bildirib.

O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanması Azərbaycanın inkişafını və bütün Cənubi Qafqaz bölgəsinin sabitliyini təmin edə bilər: "Mən səfir olaraq Minsk Qrupunun həmsədrlərinə və münaqişə tərəflərinə hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq və münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli və uzunmüddətli həllinə nail olmaqda kömək göstərmək üçün mümkün olan hər şeyi edəcəyəm"

Bütün xəbərlər Facebook səhifəmizdə