Əliyar Səfərli “İran dövləti gec-tez parçalanacaq” -MÜSAHİBƏ

Əliyar Səfərli “İran dövləti gec-tez parçalanacaq” -MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərlinin SəsTV-yə müsahibəsi:


- İran hərbi dairlərinin və təlimat alan bəzi \"elm adamları\"nın Azərbaycan dövlətinin daxili işlərinə qarışan bəyanatlar səsləndirmələri Azərbaycanın dünyadakı rolunun möhkəmlənməsindən yaranan qısqanclıq kimi dəyərləndirmək olarmı?


- İran rejiminin rəhbərləri Azərbaycana qarşı bir çox təxribatlar aparır və aparmaqda da davam edirlər. Azərbaycan əleyhinə çox zərərli fikirlər, ifadələr işlədib, eyni zamanda da onu yaymaqla məşğuldurlar. İran rejiminin məqsədi Azərbaycan dünyada təklənsin, zəifləsin, dünyada tək qalsın və heç bir imkanları olmasın. İran rejimi Azərbaycana qarşı çox böyük hərəkətlərə yol verirlər. Azərbaycanla bağlı müxtəlif tədbirlər həyata keçirirlər. Qeyd edim ki, ordunun rəhbərlərindən biri Həsən Mustafazadə son müsahibələrin birində Azərbaycanın əleyhinə xoşagəlməz ifadələr işlədib. Bu sözlər ordunun yox, İran prezidentinin, rəhbərlərinin, rejiminin ifadələridir. Azərbaycana qərəzli münasibət bəsləyən İran rejimi bütün əsərlərində, məqalələrində, müsahibələrində Azərbaycanın əleyhinə çox yanlış fikirlər söyləməklə yanaşı Azərbaycan xalqı, dövləti və möhtərəm prezidentimiz haqqında xoşa gəlməz yanlış fikirlər söyləyib təbliğatlar aparırlar. Onların bu ifadələri Azərbaycan gerçəkliyinə qətiyyən uyğun deyil. İranlı satqınların Azərbaycana axın etdiyi bir dövrdə onların böyük təbliğatlar və təşviqatlar aparmalarına baxmayaraq onlar çalışır ki, Şimal və Cənub arasında olan bu mənəvi körpülər parçalansın. İran Cənubi Azərbaycala bağlı şəbəkələrini genişləndirməklə, artırmaqla yanaşı islamçıları Azərbaycana qarşı ayağa qaldırır. İslam rəhbərlərinin sözləri, anlaşılmaz bu ifadələri Azərbaycana qarşı bir ittihamdır. Biz bir xalq olaraq öz ölkəmizi qorumalı, həm də müxtəlif təbliğat və təşviqat işlərinin aparılmasında fəal olmalıyıq. Çünki İslam mafiyası din deyil, bu bir fars mənsəbidir. Bu mənsəb "Farsizmin" ifadəsidir, yayılmasıdır. İslam dini çox humanist bir dindir. Ona görə də biz öz dinimizə hörmət etməklə yanaşı həm də onu təbliğ etməliyik.


- Fars mollarının və bu rejimin psixologiyasına bələd olan bir şəxs kimi deyə bilrsinizmi fars rejimi nəyə görə müsəlman Azərbaycanı ilə deyil, terrorçu Ermənistanla isti münasibətlər qurur?

- Biz hər il bu məsələ ilə bağlı müəyyən fikirlər ortaya qoyuruq. Nəzərə alaq ki, İran rejimi daşnaq rejimi ilə ittifaq şəkilində fəaliyyət göstərir. İran hər cəhətdən Ermənistana yardım göstərir. Belə bir faktı qeyd edim ki, mən Culfa ilə Meğri istiqamətində olduğum zaman İrandan 47 maşının Ermənistana kömək getdiyinin özüm şahidi oldum. Bu kömək nə idi? Bu köməyin məqsədi müxtəlif ərzaq məhsulları, yanacaq və eyni zamanda silahla təmin etmək idi. Buna görə də belə nəticəyə gəlmək olar ki, İranın Azərbaycana qarşı olan münasibəti düşmən münasibətidir. Bu Azərbaycan xalqına qarşı bir xəyanətdir. Sözdə Azərbaycana dost, dəstək olan İran əməlində, işində dövlətimizə qarşı əks mövqedən çıxış edir, mübarizə aparır, Ermənistana yardımalar edir. Eyni zamanda bu müharibədə Rusiya, Ermənistan və İran müştərək şəkildə Azərbaycana qarşı mübarizə aparırlar. Bizim üçün çətin olsa da kiçik bir dövlət olaraq bu üç dövlətə qarşı mübarizə aparmışıq. Bizə heç kim yardım göstərmirdi, biz yalnız öz gücmüzə arxalanmışıq. Biz bu məsələləri lazimi səviyyədə qiymətləndirib onun mahiyyətini başa düşmürdük. Bizə qarşı qərəz mövqedə duran İranın missiyası, müxtəlif təxribatçı qüvvələri Azərbaycan Respublikasına daxil edib, eyni zamanda müxtəlif məlumatlar toplayıb İrana aparmaq, sonra da Ermənistana ixrac etməkdir. İranın bu yaramaz işi müsəlmanlığa yaraşmayan bir tərzdir.


- Sizcə, İranı keçmiş SSR-nin taleyi gözləyə bilərmi?

- Mən belə hesab edirəm ki İran nə vaxtsa 7-8 dövlətə bölünəcək. Çünki İran idealoji məsələlərini düzgün həyata keçirmir. Apardıqları bu təxribatlar İran xalqının əleyhinədir. Bir tərəfdən Azərbaycana qarşı müxtəlif təbliğatlar aparır, digər tərəfdən isə dünyanın müxtəlif ölkələrində zahirən gözəl göstərməyə çalışır. Amma əslində əməlində və işində zəhərli ilan kimi özünü göstərir. Ona görə də İran gec-tez parçalanacaq. Mən inanıram ki, yaxın gələcəkdə Cənubi Azərbaycan böyük, müstəqil bir dövlət olacaq. Çünki bu xalq milli azadlıq istiqlaliyyətini özü qazanmaq istəyir.


Bütün xəbərlər Facebook səhifəmizdə