Misir telekanalı Azərbaycanın müstəqilliyinin bərpasının ildönümünə həsr olunmuş veriliş yayımlayıb
"Xəliciyyə" peyk kanalında Azərbaycana həsr olunmuş canlı veriliş yayımlanıb. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının iyirminci ildönümü və Ramazan ayı münasibətilə ölkəmizin Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayevin iştirakı ilə ərəb dünyasında geniş tamaşaçı auditoriyasına malik "Xəliciyyə" peyk kanalında Azərbaycana həsr olunmuş canlı veriliş yayımlanıb.
Ş.Abdullayev Azərbaycanın İslam sivilizasiyasının inkişafına töhfələrindən danışıb, tamaşaçılara xalqımızın mədəniyyəti, incəsənəti, ədəbiyyatı, dövlətçilik və müstəqillik tarixi barədə ətraflı məlumat verib: "Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqının dərin tarixi köklərə malik milli-mənəvi və dini dəyərləri bərpa edilib, demokratik və dünyəvi dövlət olan Azərbaycanda dini azadlığın təmin edildiyini və bütün dinlərin nümayəndələrinə öz ibadətlərini və adət-ənənələrini sərbəst şəkildə ifadə etməyə və ibadət ocaqlarını tikməyə lazımı şərait yaradılıb".Müstəqilliyinin ilk dövrlərindən Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını deyən diplomat işğalçı dövlətin etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köşkün vəziyyətinə düşdüyünü, torpaqlarımızın 20 faizinin zəbt olunduğunu diqqətə çatdırıb. O, Xocalı faciəsi və ermənilərin mülki Azərbaycan əhalisinə qarşı törətdikləri digər vəhşilik və qəddarlıqlar barədə də geniş məlumat verib.
Özlərini riyakarcasına ərəb və İslam dünyasının "dostu" adlandıran ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məscidləri və İslam dini və mədəniyyətinə aid abidələri kütləvi məhvə və təhqirə məruz qoyduqları, nadir Quran nümunələrini və digər dəyərli dini kitabları yandırdıqları barədə faktları tamaşaçılara təqdim edən səfir, ərəb-İslam dünyasının ictimai rəyini bu vəhşiliyə biganə qalmamağa çağırıb.
Ş.Abdullayev dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik edib, bu müqəddəs ayın və Ramazan bayramının Azərbaycanda qeyd olunması ənənələri haqqında televiziya tamaşaçılarına məlumat verib.
Veriliş çərçivəsində televiziya tamaşaçılarına Azərbaycan haqqında suallar verilib. Bu sualları düzgün cavablandıran 20-dən artıq tamaşaçıya Azərbaycan Respublikasının Misirdəki səfirliyi tərəfindən hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB