Əli Larcanidən generala məsləhət: \"Lazımsız və yersiz sözlər işlətmə\"
Rəsmi şəxslər lazımsız və yersiz sözlər işlətməklə İranın digər qonşu müsəlman ölkələrlə əlaqələrinə ziyan vurmamalıdırlar. SİA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran parlamentinin spikeri Əli Laricani bu ölkənin Silahlı Qüvvələri Baş Qərargahının rəisi Həsən Firuzabadinin söylədiklərinə dair yayılan xəbərlərə münasibət bildirərəkən deyib.
Onun sözlərinə görə, İran İslam Respublikasının strategiyası imam Xomeyninin dövründən bəri qonşu ölkələrlə yaxın, səmimi və dostluq əlaqələri yaratmaq olub: "Qonşu ölkələrlə dostluq münasibətləri qurmaq İran üçün əsas prioritetdir. Rəsmi şəxslər siyasi çıxışlar edərkən diqqətli olmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB