Estoniya Müdafiə Nazirliyinin binasında atışma başlayıb. SİA-nın məlumatına görə, naməlum şəxs binanın içinə daxil olaraq atəş açıb.
"İTAR-TASS"-ın verdiyi xəbərə görə, Estoniya xüsusi təyinatlıları Müdafiə Nazirliyinin binasına daxil olub. Verilən son xəbərə görə, atəş açan şəxs öldürülüb. Estoniya polisinin nümayəndəsi bildirib ki, girovlar azad edilib. Hal-hazırda nazirliyin binasını polis əməkdaşları mühasirəyə alıblar. Binanın içində partlayıcı qurğunun olması ehtimal olunur.
"RİA Novosti"-nin yaydığı xəbərə əsasən prokurorluq basqın edənin erməni əsilli Karen Drabyan adlı şəxs olduğunu açıqlayıb. Drabyanın Rusiya yönümlü Estoniya Birləşmiş Solçular Partiyasının üzvü olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB