Azərbaycan XİN-dən iranlı generala sərt cavab gəldi

Azərbaycan XİN-dən iranlı generala sərt cavab gəldi

Azərbaycanın xarici siyasətində müstəqil dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi qorunur. SİA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov İran Ordusunun Baş qərargah rəisi, general Həsən Firuzabadinin Azərbaycanın dövlət başçısının ünvanına səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib: "Eyni zamanda digər dövlətlərin də Azərbaycanın daxili işlərinə qarışmasına şərait yaradılmır. Firuzabadi hərbiçi olduğu halda onun siyasi bəyanat səsləndirməsi çox təəccüblüdür. Yaxşı olar, hərbiçi hərbi, siyasətçi isə siyasi bəyanatlarla çıxış etsin".

Qeyd edək ki, İran ordusunun Baş qərargah rəisi, general Həsən Firuzabadi Azərbaycan rəhbərliyini kəskin tənqid edən bəyanat səsləndirib. O, dövlət başçısının "qorxulu tale"yi barədə proqnoz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə