\"Eurovision\" mahnı müsabiqəsinin baş prodüsseri Jan Ola Sand Bakıya gəlib
Bu gün Avropa Yayımları Birliyinin \"Eurovision\" mahnı müsabiqəsinin baş prodüsseri Jan Ola Sand Bakıya gəlib. Bunu SİA-ya İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov bildirib. Onun sözlərinə görə, "Eurovision" müsabiqəsinin baş prodüseri Jan Ola Sand artıq Bakıdadır.
Tahir Məmmədov onu da vurğulayıb ki, baş prodüserin paytaxta gəlişinin səbəbi, cari işlərlə tanışlıq, aparılan planlaşdırma və gözlənilən müsabiqənin bütün texniki və yaradıcı məsələlərinin müzakirəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB