Cari ilin iyul ayı ərzində Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhəddinin etibarlı mühafizə istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən məlumata görə, iyul ayı ərzində dövlət sərhədini pozduqlarına görə 38 halda 74 nəfər saxlanılıb. Sərhəd nəzarət buraxılış məntəqəsində 27 halda 52 nəfər saxta sənədlə, 1 halda 1 nəfər özgəsinə məxsus sənədlə, 2 halda 2 nəfər gizli şəkildə dövlət sərhəddindən keçməyə cəhd edərkən saxlanılıb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 127 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 19 halda 17 kiloqram 231,7 qram narkotik maddənin, o cümlədən 12 kq 89,3 qram həşişin, 4 kq 878,2 qram heroinin, 250 qram tiryəkin, 14 qram narkotik tərkibli həbin, 0,15 qarm marixuananın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar məqsədlərinə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Astara Sərhəd Nəzarət Məntəqəsində iyul ayı ərzində gömrük orqanları ilə birgə aparılan zamanı İrandan Azərbaycana keçmiş şəxslərdə 11 halda müxtəlif miqdarda narkotik maddələr aşkarlanıb. Ayın 2-də Astara rayon sakini Nəsirov Ceyhun Səttar oğlunun dizdən aşağı ayaqlarına bağlanmış halda 197 qram heroin, 4-də Lənkəran rayon sakini Adıgözəlov Nəsimi Vidadi oğlunun ayaqqabılarının daban hissəsində 101 qram heroin, 6-da Astara rayon sakini Yusubov Mahir Əbdülağa oğlunun ayaqqablarına bağlı şəkildə 213 qram tiryək, 10-da Lənkəran rayon sakini Tağıyeva Həqiqət Əlimuxtar qızının əl çantasında 94 qram heroin, 11-də Lerik rayon sakini Məmiyev Mübariz Eldar oğlunun ayaqqabılarının içərisindən 71 qram həşiş, 12-də İİR vətəndaşı Fared Rəsul Şükürün isarə etdiyi "Neoplan" markalı avtobusun salonunda sürücüyə məxsus çantada olan ayaqqabıların alt hissəsində gizlədilmiş halda 333 qram heroin, 14-də Gəncə şəhər sakini Yusubov Elçin Sabir oğlunun idarə etdiyi "Lada-06" markalı avtomabilin kardanının içərisindən 3 kiloqram 45 qram heroin, 15-də Salyan rayon sakini Salahov Rüfət Sabir oğlunun qoltuğunun altında 24 qram tiryək , 16-da Lənkaran rayon sakini Qafarov Şakir Əlipaşa oğlunun anusundan 45 qram heroin və 6 qram həşiş, Astara rayon sakini, ölkəmizdə qeyri-rəsmi fəaliyyət göstərən "Azərbaycan İslam Partiyası"nın üzvü Axundov Feyzulla Höcətulla oğlunun anusundan 53 qram heroin və 12 qram həşiş aşkar olunaraq götürülüb.
İyul ayının 14-də Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozarkən 1 nəfər silahlı İİR vətəndaşı saxlanılmışdır. Sərhəd pozucusunun üzəriə baxış keçirilərkən bir ədəd KİNG-2500 markalı tapança, 1,2 qram heroin aşkarlanıb.
İyulun 19-da Astara rayonunun Sım kəndi istiqamətindən İran İslam Respublikasından bir qrup qaçaqmalçı tərəfindən respublikamıza 12 kq həşiş və 1 kq heroinin keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılar sərhəd naryadının komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq havanın qaranlıq və relyefin dağlıq olmasından yaralana bilmiş və əllərindəki qaçaqmalı hadisə yerində ataraq geriyə İİR-na qaçmağa müvəffəq olmuşlar.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən "Xaş-xaş-2011" şərti adı altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ayın 20-də Zaqatala rayonunun Ağdamkələl kəndi ərazisində 7 hektar sahədən 13 ton yabanı şəkildə bitmiş çətənə kolu yığılmış, yerli hüquq-mühafizə orqanları əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 62 halda ümumi dəyəri təqribən 730 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd 16 mm-lik tüfəng, 300 min ABŞ dolları, 225 ədəd mobil telefon, 171 ədəd mobil telefon aksessuarları, 283 baş xırdabuynuzlu mal-qara, 5 baş camış, 1 baş at, 1108 qutu siqaret, 524 qram qızıl zinət əşyaları, müxtəlif spirtli içkilər, ərzaq sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Respublikamızın dəniz sərhədləri istiqamətində dövlət sərhədinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 5 halda 8 nəfər sərhəd rejim pozucusu saxlanılmış, dənizdən 5545 metr tor aşkar olunaraq götürülüb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



