Rusiyalı deputat: “Medvedev çox ciddi səy göstərsə də münaqişənin həllinə nail ola bilməyib”

Rusiyalı deputat: “Medvedev çox ciddi səy göstərsə də münaqişənin həllinə nail ola bilməyib”

\"Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında uğur əldə etmək üçün ciddi səylər göstərir\". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasında hakim "Vahid Rusiya" partiyasından olan millət vəkili, politoloq Serqey Markov deyib. Onun sözlərinə görə, münaqişə tərəfləri ilə aparılan danışıqlarda tərəqqinin əldə edilməməsi münaqişənin yenidən gərginləşəməsi şanslarının yüksəlməsinə gətirib çıxaracaq: "Hazırda Qarabağ münaqişəsinin nizamlanmasına dair danışqlar kifayət qədər intensiv mərhələyə keçib. Medvedev çox ciddi səy göstərsə də münaqişənin həllinə nail ola bilməyib".

Hakim partiyadan olan millət vəkili vurğulayıb ki, hazırkı danışıqlar formal olaraq münaqişənin həllinə yönəlsə də faktiki cəhətdən münaqişənin yenidən alovlanmamasına səy göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə