Vüsal Quliyev: \"Ermənistan daim başqa dövlətlərə güvənərək onların əli ilə öz işlərini görür\" - MÜSAHİBƏ
Azərbaycan Respublikasının Dövlət İdarəçilik Akademiyasının müəllimi Geostrateji araşdırmalar mərkəzinin baş elmi işçisi Mürtəza Həsənov və Dövlət İdarəçilik Akademiyasının dosenti Vüsal Quliyevin SəsTv-yə müsahibəsi
- Son vaxtlar Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı ərazi iddiası etməsi, xüsusilə Ağrı dağı ilə bağlı boşboğazlığa yol verən fikirlər səsləndirməsi nədən qaynaqlanır?
Mürtəza Həsənov: - Bu Ermənistanın dövlət başçısı Serj Sarkisyanın Azərbaycana və Türkiyə Cümhuriyyətinə qarşı ilk cəfəng açıqlaması deyil. Bildiyimiz kimi Ermənistan iqtisadiyyatı, siyasəti, mədəniyyəti çox böyük böhranlar yaşayır. Ermənistan iqtisadiyyatı dövlət şəkilində idarə oluna bilmir. Milli gəlirin 80 faizi Sarkisyanın yaxınları tərəfindən, 20 faizi isə rus iş adamları tərəfindən alınmışdır. Hal hazırda Ermənistanın 2,2 milyard dollar büdcəsi var. Son dönəmlər Ermənistan iqtisadiyyatı ən ciddi böhranla üzləşir. Ermənistan dövlət başçısının ölçülüb-biçilmiş halda dediyi bu sözlərin arxasında Azərbaycanla Türkiyəninin yaxınlığını istəməyən dövlətlər arxasında duraraq söylənilən bir sözdür. Böhran yaşayan Ermənistan müqayisə olunmayacaq Türkiyə dövləti ilə torpaq iddiasında olması dövlət başçısına, siyasət adamına yaraşmayan bir şeydir. Siyasət adamının vəzifəsi gənclərə öyüd, nəsihət verib bölgədəki sülhü əmin-amanlığı bərpa etməkdir.
- NATO-nun Əsasnaməsinin 4-cü maddəsinə görə, quruma üzv olan bir dövlətə təhdidlər və ərazi ideyaları ilə çıxış edilərsə, bu zaman NATO konkret addımlar atmalıdır. Bu nöqteyi nəzərdən Türkiyəyə qarşı Sarkisyan rejiminin məsuliyyəti ilə bəyanatına NATO tərəfindən reaksiya verməməsi təəccüb doğurmur ki?
Vüsal Quliyev: - Biz ümumiyyətlə dünya siyasətində ikili standartlara tez-tez rast gəlirik. Bu da Azərbaycana qarşı olan ikili bir standartdır. BMT işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və Azərbaycan vətənaşlarının öz yurd-yuvalarına qayıtmasına aid 4 qətnamə qəbul edib və bu qətnamələrin heç biri yerinə yetirilməyib. Bunlar da onu göstərir ki, dünya birliyində ermənilərin etdikləri hərəkətlərə qarşı çıxmaq həvəsi yoxdur. Ermənistan prezidentinin bu cür bəyanatına keçirilən mətbuat konfransında Türkiyə baş naziri ilə birgə çıxışında cənab prezident İlham Əliyevdən cavab gəldi: "Ermənistan prezidentinin bu bəyanatı heç nəyə əsaslanmır." Ermənistan daim başqa dövlətlərə güvənərək onların əli ilə öz işlərini görürlər. Cənab prezidentin vurğuladığı kimi bu gün Ermənistan Azərbaycanla müqayisə olunmayacaq, bərabər səviyyədə tutulmayacaq bir dərəcədədir. Ermənistan prezidentinin bu bəyanatı bir daha göstərdi ki, 20-ci əsrdə Azərbaycan dövlətinə qarşı mütamadi olaraq soyqırım törədən ermənistan dövləti öz çirkin əməllərindən çəkinmir. Biz onu görürük ki, Ermənistan dövləti daim Türkiyə və Azərbaycana qarşı torpaq iddiasındadır. Azərbaycan və Türkiyə öz səylərini birləşdirib birlik nümayiş etdirməklə yanaşı bu məsələlərdə də bərabər mövqedə çıxış etməlidirlər.
NATO-nun hər hansı qərar qəbul etməməsinə gəldikdə isə bu qeyd etdiyim kimi yenədə ikili standartların nəticəsidir.
- Soci.ru saytının yaydığı məlumata görə yaxın vaxtlarda ABŞ, Fransa, Rusiya prezidentlərinin vasitəçiliy ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilcək və görüşdə konkret müqavilə imzalanacaq. Sizcə Ermənistan prezidentinin məsuliyyətsiz məlum bəyanatından sonra belə bir görüşün keçirilməsi nə dərəcədə real görünə bilər?
Mürtəza Həsənov: - 1994-cü ilin may ayından atəşkəs imzalanmasına baxmayaraq, bu atəşkəs rejiminin pozulması bu gün də davam edir. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş və Türkiyə dövləti ilə torpaq iddiasında olan Ermənistan dövlət başçısının Qarabağ mövzusunda deyəcəyi söz hansı məntiqə əsaslana bilər? Dövlət başçılarının bu cür görüşlərinin müsbət bir nəticə verəcəyinə inanmıram. Biz ancaq ordumuzun gücü ilə bu məsələn həll etməyə qadirik.
Vüsal Quliyev: - Mənim fikirmcə, bundan sonra da görüşlər davam etdirilməlidir, bu məsələnin sülh yolu ilə həll olunması şansları hələ itirilməyib. Bu gün Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etmək şansı varsa, niyə də bundan istifadə etməyək. Ermənistan prezidentinin bəyanatları, Ermənistanın dövlət məmurlarının Azərbaycana qarşı olan hərəkətləri dözülməz olsa da, mən belə hesab edirəm ki, bu məsələni diplomatik yolla həll etmək mümkündür. Aydındır ki, bunu Ermənistan etməyəcək, bunu Ermənistanın arxasında duran güclər və dövlətlər edəcək. Bu görüşlərdə ATƏT-in Minsk qrupunun həmsədr olan dövlətlərlə yanaşı Azərbaycanda iştirak etməlidir. Bu məsələ diplomatik və sülh yolu ilə bizim xeyrimizə həll olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB