Azərbaycan XİN-i italiyalı heykəltaraşların Dağlıq Qarabağa səfəri lə bağlı məlumatı dəqiqləşdirir
17-28 iyul tarixlərində işğal altında olan Şuşa şəhərində "Akop Kürçyan" Beynəlxalq heykəltaraşlar simpoziumu" adı altında tədbir keçirilib. SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, İtaliyanın müxtəlif universitetlərindən Şuşaya gələn professorlar şəhərin meriyası ilə dağıdılan tarixi abidələrin müasir avadanlıqlara restavrasiyasında köməklik göstərməyə hazır olduqlarını bildiriblər.
Məlumata əsasən yaxın zaman kəsiyində Şuşa "meriyası" təmirə ehtiyacı olan tarixi abidələrin siyahısını İtaliyaya təqdim edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bir qrup italiyalı heykəltaraşların işğal altında olan Dağlıq Qarabağa səfər etməsi barəsində dərc olunan xəbəri araşdırır. XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, artıq Ermənistan mətbuatında dərc olunan xəbəri dəqiqləşdirmək məqsədi ilə Azərbaycanın İtaliyadakı səfirliyinə məlumat verilib: "Məlumat öz təsdiqini tapdığı təqdirdə nazirlik müvafiq tədbirlər görəcək"-deyə,o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB