Prezident İlham Əliyev: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmiz üçün əsas problem və ən ağrılı məsələdir”
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmiz üçün əsas problem və ən ağrılı məsələdir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ingilisdilli "The Business Year" jurnalının Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş xüsusi buraxılışına verdiyi müsahibəsində deyib.
Çoxmilyonlu ingilisdilli oxuculara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verən dövlət başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı beynəlxalq səviyyədə tanınıb: "Bir milyondan çox insan öz doğma torpaqlarından didərgin düşüb. Azərbaycanlılar etnik təmizləmə siyasətinə məruz qalıb, ermənilər işğal edilmiş ərazilərimizdə tarixi və mədəni abidələri məhv ediblər. 1992-ci ildə Xocalıda qanlı qətliam nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib, yüzlərlə insan əsir götürülüb. Onların bir çoxunun taleyi indiyədək məlum deyil. BMT-nin Təhlükəsizlik Şurası qoşunların işğal edilmiş ərazilərdən dərhal və danışıqsız çıxarılması və məcburi köçkünlərin öz evlərinə qayıtmalarının təmin edilməsini tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə indiyədək əməl edilmir. Ermənistan ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə də əməl etmir".
Dövlət başçısı vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin 1992-ci ildən bu münaqişənin həlli ilə məşğul olmalarına baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə onların cəhdləri nəticə vermir: "Ermənistanı qeyri-konstruktiv mövqedən çəkinməyə məcbur etmək üçün beynəlxalq ictimaiyyət bu ölkəyə təsir göstərmək baxımından daha fəal olmalıdır və bu yeganə çıxış yoludur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB