İşık Koşaner erkən təqaüdə getməsinin səbəblərini açıqlayıb

İşık Koşaner erkən təqaüdə getməsinin səbəblərini açıqlayıb

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner erkən təqaüdə getməsinin səbələrini açıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ordu generalı istefasının son illərdə Türkiyədə hərbçilərə qarşı aparılan həbs kampaniyası o cümlədən məhkəmələrlə bağlayıb: "İstintaq və uzun müddətli həbslərin bir məqsədi də Türk Silahlı Qüvvələrinin daima gündəmdə tutaraq, ictimai fikirdə bir cinayətkar təşkilat olması görüntüsü yaratmaqdır. Eyni zamanda bunu fürsət bilən tərəfli media isə hər cür yalan xəbər, iftira və ittihamlarla böyük millətimizin öz silahlı qüvvələrinə qarşı mövqe sərgiləyir. Bütün bunlar son baş verən hadislərə zamanı diqqətdən kənarda qalmayıb".

Eyni zamanda keçmiş Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi bütün bu baş verən hadisələrə qarşı mübarizədə aciz olmasını da vurğulayıb: "Bu vəziyyətin qarşısını ala bilmədiyim üçün Baş Qərargah Rəisi olaraq tabeliyimdə olanların haqq və hüququnu qorumaq cavabdehliyini yerinə yetirməyimə əngəl olduqlarına görə, tutduğum ali kürsüdə vəzifəmə davam etmək istəyindən geri çəkilirəm".

250 hərbçinin hazırda həbs olunduğunu vurğulayan İ. Koşaner bu həbslərin hüquqa, haqqa, ədalətə və vicdani dəyərlərə rəğmən həyata keçirildiyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə