Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədi Taxt-tac günü münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Milli bayramınız - Taxt-tac günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Mərakeş dostluğu və əməkdaşlığı daim inkişaf edəcək və möhkəmlənəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB