“The Business Year” iqtisadi jurnalının Azərbaycana həsr olunan xüsusi buraxılışının təqdimatı keçirilib - FOTOSESSİYA

“The Business Year” iqtisadi jurnalının Azərbaycana həsr olunan xüsusi buraxılışının təqdimatı keçirilib - FOTOSESSİYA

Bu gün Bakıda "The Business Year" iqtisadi jurnalının Azərbaycana həsr olunan xüsusi buraxılışının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Prezident Administrasiyası (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalın postsovet məkanında ilk dəfə olaraq xüsusi nömrəsini Azərbaycana həsr olunduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev son 5 ildə ən böyük yazılı müsahibəsini də bu jurnala verib: ""The business year\" (Biznes ili) jurnalının xüsusi buraxılışı postsovet ölkələri arasında ilk dəfə olaraq Azərbaycana həsr edilib. Bu, ölkənin dinamik iqtisadi inkişafından xəbər verir. Hazırda Azərbaycanın iqtisadi inkişaf sürəti dünyada ən yüksək göstəricilərdəndir. Ölkədəki siyasi sabitlik xarici investorları cəlb edir".

İqtisadi inkişaf naziri Şahin Mustafayev isə çıxış edərək Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar barəsində geniş məlumat verib. Onun sözlərinə görə, jurnalın xüsusi buraxılışının Azərbaycana həsr edilməsi əhəmiyyətli hadisədir: "Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir. Azərbaycanda həm yerli, həm də xarici investorlar üçün bütün imkanlar və sağlam rəqabət şəraiti yaradılıb. Hazırda isə Azərbaycanın iqtisadi siyasətinin əsas xəttini makroiqtisadi sabitliyin qoruması, iqtisadiyyatın diverskifikasiyası, normal biznes mühitinin formalaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi təşkil edir".

Sonra söz rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova verilib. Nazir Azərbaycanın iqtisadi siyasətində informasiya kommunikasiya texnologiyalarının hazırkı durumuna toxunub. Nazir bildirib ki, Azərbaycan informasiya qapılarını dünyaya açıb, ölkədə informasiya, kommunikasiya sektoru inkişaf edir, KİV-ə, internetə heç bir məhdudiyyət yoxdur. Ə.Abbasov 2025-ci ilə qədər İKT sektorunun inkişafını neft sektorunun inkişafına yaxınlaşdırmağın qarşıya hədəf kimi qoyulduğunu açıqlayıb: "Son 6-7 il ərzində İKT sektorunda güclü inkişaf müşahidə olunub".

Daha sonra jurnalın nümayəndələri nəşri təqdim ediblər.

Qeyd edək ki, "The business year" jurnalının xüsusi buraxılışında Azərbaycandakı biznes şərtlərinə dair geniş məlumat dərc olunub. Bundan əlavə, ölkə ərazisində fəaliyyət göstərən şirkətlər haqqında məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə