Azərbaycan və Sloveniya hökumətləri arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında saziş təsdiq edilib

Azərbaycan və Sloveniya hökumətləri arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında saziş təsdiq edilib

Prezident İlham Əliyev 2011-ci il iyunun 9-da Lyublyana şəhərində imzalanmış \"Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında Saziş\"in təsdiq edilməsi barədə fərman imzalayıb.

SİA-nın xəbərinə görə, Nazirlər Kabinetinə bu fərmanda göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək; Xarici İşlər Nazirliyinə həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Sloveniya Respublikası Hökumətini xəbərdar etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə