Rəcəb Tayyip Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb

Rəcəb Tayyip Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb

İyulun 27-də Bakıda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. SİA-nın məlumatına görə, Türkiyənin baş nazirini Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə baş nazirinə raport verib. Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib.

R.T.Ərdoğan və İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə baş naziri Azərbaycan əsgərlərini salamlayıb.

Sonra Azərbaycanın dövlət və hökumət nümayəndələri R.T.Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında keçid edib.

Sonra Azərbaycan prezidenti və Türkiyə baş nazirinin təkbətək görüşü başlayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə