Amerikada defoltun nəticələri təkcə ABŞ ərazisi ilə məhdudlaşmayacaq

Amerikada defoltun nəticələri təkcə ABŞ ərazisi ilə məhdudlaşmayacaq

ABŞ-da borc öhdəlikləri üzrə defolt və ya ölkənin suveren reytinqinin əhəmiyyətli dərəcədə azaldılması dünya bazarlarında yeni qeyri-sabitlik dalğasına gətirə və qlobal iqtisadiyyatın bərpasını sarsıda bilər.

SİA-nın məlumatına görə, bu nəzər nöqtəsini Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristin Laqardirəli sürüb. "Bu yalnız ABŞ iqtisadiyyatı deyil, ümumilikdə qlobal iqtisadiyyat üçün də çox ciddi nəticə olacaq. Belə ki, Amerika defoltunun nəticələri çox böyük olacaq və təkcə ABŞ ərazisi ilə məhdudlaşmayacaq", - deyə Nyu-York Beynəlxalq Münasibətlər Şurasında çıxış edən Laqard bildirib.

O, Barak Obama administrasiyası və Konqressin tezliklə bu məsələdə razılığa gəlməli olduğunu bildirərək, vurğulayıb ki, "vaxt gedir".

BVF rəhbərinin rəyinə görə, Vaşinqtondakı ləngimələr dünya iqtisadiyyatına çox baha başa gələ bilər: "Problem təcili şəkildə həll edilməlidir", - deyə Kristin Laqard vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə