Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolae Urekeni qəbul edib. SİA-nın verdiyi məlumata görə, dövlətimizin başçısı Azərbaycanla Rumıniya arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulmasında Nikolae Urekenin fəaliyyətini yüksək qiymətləndirib.
Onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensiv xarakter aldığını deyən Prezident İlham Əliyev Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Nikolae Urekenin "Dostluq" ordeninə layiq görüldüyünü bildirib və yüksək mükafatı diplomata təqdim edib.
Nikolae Ureke Azərbaycan dövlətinin yüksək mükafatı - "Dostluq" ordeni ilə təltif edilməsindən böyük şərəf duyduğunu deyib. Rumıniya-Azərbaycan əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyən diplomat Azərbaycanın yüksək mükafatına layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB