Polşa prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Polşa prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Polşa prezidenti Bronislav Komorovski iyulun 25-də Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. SİA-nın məlumatına görə, qonaq H. Əliyevin məzarı önünə əklil, Z. Əliyevanın məzarı üstünə isə gül dəstəsi qoyub.


Polşa prezidenti daha sonra Şəhidlər xiyabanını ziyarət edib. B. Komorovski "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.


Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Polşanın və Azərbaycanın dövlət himnləri səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня