Rusiya Gənclərinin İctimai Palatasının nümayəndə heyətinin üzvləri Azərbaycana səfərlərini yüksək qiymətləndiriblər
Rusiya Gənclərinin İctimai Palatasının nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb. SİA-nın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dəvəti ilə təşkil edilmiş bu səfərin iştirakçıları – "Molodyojnoye Yabloko – molodıye demokratı" Partiyasının həmsədri Olqa Vlasova, Moskva vilayətində ekologiyanın müdafiəsi üzrə "Yaşıl şəhər" ictimai hərəkatının sədri Roman Şkolin, Moskvanın müxtəlif ali məktəblərinin tələbələri Bakıda və Naxçıvanda olublar.
Rusiya Gənclərinin İctimai Palatasının üzvləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və "İrəli" ictimai hərəkatının nümayəndələri, Gənclər və İdman Nazirliyinin rəhbərləri və Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinlə görüşüb, Bakının ali məktəblərində olublar.Palatanın üzvləri səfər proqramının bu qədər zəngin olmasını və hərtərəfli hazırlanmasını xüsusi qeyd ediblər. Roman Şkolin rəsmi nümayəndə heyətinin bu cür qəbul edilməsindən heyrətləndiyini vurğulayıb: "Yalnız yaxın dostları və qohumları belə qarşılayırlar. Bu səfərin təşkilatçılarına təşəkkürümü bildirmək istəyirəm, onlar səfərin hazırlanması prosesinə işlə bağlı məqam kimi deyil, canla-başla yanaşıblar".
Olqa Vlasovanın fikrincə, bu cür səfərlər təcrübə mübadiləsi üçün çox yaxşı
imkandır: "Molodyojnoye Yabloko – molodıye demokratı" partiyasının həmsədri
müasir Azərbaycanın uğurlarını çox yüksək qiymətləndirib. Azərbaycanda öz
mədəniyyətinə və tarixinə hörmət ilə müasir inkişaf heyrətamiz şəkildə uzlaşır
– ölkəniz dünyada və Avropada cərəyan edən əsas siyasi hadisələrlə ayaqlaşır. Mən
təhsil sahəsində siyasətin uğurlarını xüsusi qeyd etmək istəyirəm. Bu ölkədə
qeyri-formal təhsilin nəticələrinin tanınması, təhsilin bütün pillələrində
idarəçilik şuralarının fəaliyyəti, dövlət səviyyəsində tələbə özünüidarəsinin
inkişaf etməsi kimi ümumavropa miqyaslı mühüm layihələr həyata keçirilir. Hesab
edirəm ki, bu cür təcrübə mübadiləsini gələcəkdə də davam etdirmək lazımdır".
Rusiya Gənclərinin İctimai Palatasının üzvləri qeyd etmişlər ki, Sovet
İttifaqının dağılmasından az qala 20 il keçdiyinə baxmayaraq, ölkələrimiz yenə
qardaş dövlətlər kimidir. Onlar Azərbaycanda rus dilinə və mədəniyyətinə hörmət
bəsləndiyini müşahidə etdiklərini bildirərək bu faktı yüksək qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB