Bu gün xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın baş katibi Valeriy Çeçelaşvilini qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər münasibətlərin cari vəziyyəti haqqında fikir mübadiləsi aparmış, habelə iqtisadi, humanitar, turizm, nəqliyyat, GUAM-ın beynəlxalq təşkilatlarla münasibətləri və digər sahələrdə əməkdaşlığın perspektivi məsələlərini müzakirə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB