Ermənistan prezidenti Serj Sarkisyan Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məktubuna rəsmən cavab verib. SİA-nın "Armenia Today\" saytına istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Ermənistanın dövlət başçısının mətbuat katibi Armen Arzumanyan deyib.
Qeyd edək ki, rəsmi Bakı artıq Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məktubuna rəsmən cavab verib.
Xatırladaq ki, Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı şəxsi məktub və təklifini Azərbaycan və Ermənistan prezidentlərinə RF XİN rəhbəri Sergey Lavrov Yerevana və Bakıya səfərləri zamanı çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB