Aydın Hüseynov: \"Ermənilərin bu vandalizim siyasətinin qarşısı alınmalıdır\" - MÜSAHİBƏ (SəsTV)
Vəhdət Partiyasının Sədri Tahir Kərimli və Yeni Azərbaycan Partiyası (YAP) siyasi şurasının üzvü Partiyanın Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynovun SəsTv -yə müsahibəsi
- Bəzən Beynəlxalq Təşkilatlarda Azərbaycanda dəqiqiləşdirmə aparmadan hakimiyyətdən məqsədli şəkildə narazı qalan siyasi-ictimai təşkilatlardan əldə etdikləri informasiya əsasında Azərbaycanla bağlı hesabat yayırlar. Bu cür hesabatlar ciddi qurum hesab edilən həmin təşkilatlara nə dərəcədə başucalığı gətirə bilər?
Tahir Kərimli: - Mən belə hesab edirəm ki, onlar o qədər də müstəqil deyillər. ABŞ-nın Dövlət Departamentindən, digər dövlətlərdən və ya dövləti dəstəkləyən hansısa qurumlardan asılıdır. Onların Azərbaycan dövlətinə qarşı münasibətinin kökündə birinci onları maliyyələşdirən, arxasında olan dövlət qurumlarının mənafeyi durur. İkincisi bundan ibarətdir ki, həmin dövlətlər, qurumlar Azərbaycanda hakimiyyətin ciddi müxalifət obrazını yarada bilməyiblər. Dəfələrlə müxalifət nümayəndələri ilə onların görüşləri keçirildi, ərəb inqlabları ilə onları həvəsləndirdilər, lakin xalq dəstəkləmədiyi üçün radikal müxalifət zəif düşdü. Həmin beynəlxalq təşkilatlar da pərişan oldu. Bu pərişanlığın əvəzini çıxmaq üçün onlar radikal müxalifətdən aldıqları məlumat əsasında müxtəlif rəylər yaradıb, qərarlar verməkdən ibarətdir. Adı çəkilən təşkilatlar ancaq radikal müxalifəti dinləyir. Hansı ki, gündən-günə güclənən hakimiyyətə təsir imkanları minimum olan müxalifətlə daxildən təsir edə bilmədikləri halda xarici təzyiqlər vasitəsilə beynəlxalq rəylər yaratrmaq istəyirlər.
Demək olar ki, təşkilatların əksəriyyətinin mərkəzi adətən Tbilisi şəhərində olduğu halda rəhbərlərinin də erməni olması çox maraqlıdır. Təsəvvür edin ki, Qafqazı əhatə edən Azərbaycan təşkilatının içərisində hansısa erməni və ya ermənipərəst rəhbərlər fəaliyyət göstərirsə təbii ki onlarında fəaliyyəti Azərbaycana zidd olacaq.
- Aydın müəllim, bu yaxınlarda Gürcüstanda hakimiyyətin törətdiyi zorakılıq nəticəsində bir neçə nəfər yaralanıb, çoxsaylı insan həbs edilib. Fransa, ABŞ kimi dövlətlər bunu hansısa qüvvələrin ölkə daxilində çaxnaşma yaratması kimi qiymətləndirdi. Azərbaycanla bağlı bu məsələlərdə hay-küy qaldırıb bəyanatlar səsləndirilər. Bu ikili oyunu nə ilə əlaqələndirmək olar?
Aydın Hüseynov: - Bir neçə il bunadan əvvəl Ermənistan parlamentində 7 nəfər aparıcı parlament üzvünü qətlə yetirdilər. Mənə elə gəlir ki, belə bir analoji hal heç bir yerdə baş verməyib. Xarici dövlətlər və ictimai qurumlar tərəfindən buna heç bir reaksiya olmadı. Eləcə də Ermənistanda Sarkisyan hakimiyyətə gələrkən ona qarşı olan qüvvələrə divan tutuldu və onlarca insan qətlə yetirildi. Xarici ölkələrdən buna da heç bir reaksiya olmadı.
Son illər Azərbaycanda seçkilər və siyasi proseslər beynəlxalq təşkilatların, beynəlxalq qurumların eləcə də digər ölkələrin müşaiyəti ilə keçir. Azərbaycanda belə bir hal baş vermir. Azərbaycan dövləti həm iqtisadi, həm siyasi cəhətdən getdikcə qüvvətlənir. 3 il ərzində Azərbaycan iqtisadiyyatında durğunluq olsa belə ölkə özünü saxlamaq iqtidarına malikdir. Ölkənin valyuta ehtiyatları 38 milyard dollardır. Təkcə dövlət büdcəsi 20 milyard dollardır. Təkcə neft sektoru yox, qeyri-neft sektorunda da inkişaf tempi çox dinamik şəkildə gedir. Azərbaycan dövləti qüvvətləndikcə, demokratik yolla irəlilədikcə və iqtisadiyyatında bazar kondikturası əsasında inkişaf etdikcə müxalifətin daxildə deməyə heç bir sözü qalmır. Azərbaycanın inamla inkişafı, sabitliyi, xalqın dövlət rəhbərləri ilə birliyi milli və dövlətçilik maraqları, özünə inamı onları qorxudur.
- ABŞ Dövlət Departamentinin yaydığı hesabatda Azərbaycanı insan alverinin kök saldığı tranzit ölkə kimi dəyərləndirdi. Bu cür ədalətsiz yanaşmanın məntiqsizliyi özünü ən çox nədə göstərir?
Tahir Kərimli: - Həmin hesabatda Çin, Koreya, Pakistan və digər mənşəli insanların Azərbaycanda çörək pulu qazanmağı Azərbaycanın günahı kimi yazılır. Biz bilirik ki, Ermənistan lap qədimdən insan alveri ilə, qadın ticarəti ilə məşğul olub, özü də bu prosesdə birbaşa iştirak edib. Nə üçün bu hesabatda bu mövzuya sərt münasibət yoxdur?
Azərbaycanda bu məsələ SSRİ-nin dağıldığı son mərhələlərdə ölkənin çətin dövrlərində baş verib, hansı ki, qadınların xarici ölkələrə yol tapmaları o zaman daha çox yayılmışdır. İndi Azərbaycan dövləti qüdrətlənir və son dövrlərdə bu məsələlər kəskin şəkildə azalıb, bunu görməmək mümkün deyil.
- İşğal olunan Dağlıq Qarabağda azərbaycanlılar qətlə yetirildi, didərgin düşdü, tarixi abidələrimiz, memarlıq irsimiz dağıdıldı. Həmin beynəlxalq təşkilatlar bircə dəfə də olsun Ermənistana qarşı ciddi tədbirlər görülmədi. Azərbaycana qarşı bu haqsızlıq deyilmi?
Aydın Hüseynov: - Ümumiyyətlə bəşəriyyətin ən böyük varlığı insandır və xüsusilə körpələrdir. Ermənistan bu gün körpələrin qətli ilə məşğuldursa, bu cinayəti törədirsə və ona bir təpki gəlmirsə və sözsüz ki, tarixi abidə artıq ön plana keçir. 13 yaşlı və 8 yaşlı uşağın qətli bütün bunlara sübutdur ki, bu cür faktlar yüzlərlədir. Ermənistanın bu hərəkəti bütün beynəlxalq təşkilatlar tərəfindən, beynəlxalq qurumlar tərəfindən, uşaqların müdafiəsi (YUNİESF) tərəfindən pislənməlidir. Tarixi abidələrin qorunması ilə bağlı əlaqədar təşkilatlar öz sözünü deməlidirlər. Ümumiyyətlə Qarabağda, Şuşada təkcə Azərbaycan mədəniyyəti çərçivəsində yox dünya mədəniyyəti nümunəsi olan, eramızın əvvəllərinə aid tarixi abidələrimiz var, lakin ermənilər bunları da məhv etmək dərəcəsindədir. Bununla əlaqədar olaraq biz öz səsimizi qaldırmalıyıq və beynəlxalq qurumlar da buna qarşı öz münasibətlərini bildirməlidirlər. Ermənilərin bu vandalizim siyasətinin qarşısı alınmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



