“Eurovision-2012” mahnı müsabiqəsinədək paytaxtın Səbail rayonu ərazisində bir çox layihələr gerçəkləşəcək

“Eurovision-2012” mahnı müsabiqəsinədək paytaxtın Səbail rayonu ərazisində bir çox layihələr gerçəkləşəcək

Azərbaycanda təşkil olunacaq "Eurovision-2012" mahnı müsabiqəsinədək paytaxtın Səbail rayonu ərazisində bir çox işlər görüləcək, fantastik layihələr gerçəkləşəcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərin suallarını cavablandıran Səbail rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Əsgərov məlumat verib. O bildirib ki, hazırda rayon ərazisində Bibiheybətdən Bayıl istiqamətinə çəkilən yolun daha da genişləndirilməsi aparılır, rayon ərazisində maraqlı layihələrin gerçəkləşdirilir. Onun sözlərinə görə, müsabiqə başlayanadək Dənizkənarı Milli Park Dövlət Bayrağı Meydanına qədər uzadılacaq.

"Bütün bu proseslər birbaşa prezidentin nəzarətindədir və bu layihələrlə şəxsən maraqlanır. Cənab prezident bir neçə çıxışında da qeyd edib ki, bu il Azərbaycanda 5 beşulduzlu otel tikiləcək. Xoş bir təsadüfdür ki, bu otellərin 4-ü Səbail rayonun ərazisində inşa ediləcək. Belə ki, "Four Seasons", "Hilton" və "Mariot" otellərinin və "Alov qüllələri" ("The Flame Towers") kompleksinin tikintisi davam etdirilir və bu işlər ilin sonunadək yekunlaşacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə