Prezident İlham Əliyev Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq Yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Sərəncamda vurğulanıb ki, Xalq Yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, milli ədəbi-estetik fikrin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Mirzə İbrahimovun əsərlərində dövrün və zamanın dolğun mənzərəsi yaradılıb.
Sənəddə Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin
təkliflərini nəzərə almaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil
Nazirliyi ilə birlikdə Xalq Yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə
həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə
isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB