Alman politoloqu Aleksandr Rar: \"“Nabucco\" Azərbaycanın əlində təsir vasitəsinə çevriləcək”
Rusiyanın Dağlıq Qarabağ probleminin nizama salınması məsələsində öz rolunu aktivləşdirmək planı yox idi. Çünki Rusiya tərəfi öncədən buna ABŞ və ya Fransanın necə yanaşacağını proqnozlaşdıra bilməzdi. Bu iki ölkənin Moskvanın rolunun aktivləşməsində reaksiyası loyal olmaya bilər. SİA-nın verdiyi məlumata görə, bu sözləri İAA-nın Avropa bürosunun alman politoloqu Aleksandr Rar bildirib: "Cənubi Qafqaz regionunda Avropa Birliyi və ATƏT-i köməksiz vəziyyətdə qalıb. Bunu Gürcüstan-Rusiya, Abxaziya və Cənubi Osetiya münaqişəsinə ilə yanaşı Dağlıq Qarabağ məsələsinə də aid etmək olar. Hər üç problemin həllində Rusiya özünün mühüm fiqur kimi göstərmək istəsə də əslində bu yalnız görüntüdür.
Bu arada isə meydana \"Nabucco\" adlı ciddi bir rıçaq çıxıb. Milyardlarla sərmayə qoyulacaq \"Nabucco\" energetika layihəsindən əksər dövlətlər, o cümlədən Cənubi Avropa asılı olacaq. Buna görə Azərbaycan \"Nabucco"nu tikməklə energetika siyasətinə təsir etməyə çalışacaq. Qərb isə Azərbaycanın geosiyasi maraqları ilə hesablaşmalı olacaq. Ancaq mənə elə gəlir ki, Azərbaycan öz üzərinə götürdüyü məsuliyyəti anlamalıdır. Prinsip etibarilə bu, Azərbaycan qazı olacaq. Lakin bu türkmən qazı olsa belə, inandırıcı deyil ki, qazın ötürülməsi üçün Transxəzər boru kəməri tikilsin. Boru istənilən halda öz başlanğıcını Bakıdan götürəcək. Bu isə bütün Avropanın energetika təhlükəsizliyi üçün məsuliyyətdir. Buna görə də, Dağlıq Qarabağ beş ildən sonra güclü təsir vasitəsinə çevriləcək və Azərbaycan Avropa ittifaqına bununla bağlı ultimatum elan edəcək\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB