Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa Birliyini təhdid edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb Aİ-nin Kipr məsələsinə olan münasibətidir: "Əgər 2012-ci ilin iyuluna qədər Avropa İttifaqına sədrlik birtərəfli qaydada Kiprin yunan hissəsinə keçəcəksə, Türkiyə Avropa İttifaqı ilə əlaqələri donduracaq. Bu baş verməyəcəyi, yəni Kiprin yunan hissəsinin danışıqları uzadacağı və sədrliyin ona keçəcəyi təqdirdə bu yalnız münaqişənin həllinin mümkünsüzlüyünü deyil, həm də Türkiyə ilə Aİ arasında əlaqələrin dondurulmasına səbəb olacaq".
Davudoğlu Avropa Qonşuluq siyasəti və genişlənmə üzrə komissar Ştefan Fyulenə açıq şəkildə göndərdiyi bəyanatda bildirib ki, bu baş verəcəyi halda Türkiyənin Aİ-i ilə əlaqələrini davam etdirəcəyini şübhə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB