ATƏT-in sədri Minsk qrupu ilə Qarabağ münaqişəsini müzakirə edib

ATƏT-in sədri Minsk qrupu ilə Qarabağ münaqişəsini müzakirə edib

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşüb. SİA-nın xəbərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Ajubalisi iyunun 24-də Kazanda keçirilən və Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üçün əsas ola biləcək baza prinsipləri haqqında razılaşmanın əldə edilməsinə cəhd edilən Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü barədə məlumatlandırıblar.

A. Ajubalis Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyişin əldə olunması üçün Minsk qrupu həmsədrlərinin səylərinə dəstəyini ifadə edib.

Onlar habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini və ilin sonunadək keçirilməsi planlaşdırılan daşınıqlarla bağlı təşəbbüsləri müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə