ATƏT Dağlıq Qarabağ ətrafında gərginliyin artmasından narahatdır

ATƏT Dağlıq Qarabağ ətrafında gərginliyin artmasından narahatdır

\"ATƏT Parlament Assambleyası son vaxtlar Dağlıq Qarabağ ətrafında gərginliyin artmasından təəssüflüyünü bildirir və Dağlıq Qarabağ, həmçinin də Moldova və Gürcüstandakı həll olunmamış münaqişələrin nizamlanması üçün ATƏT çərçivəsində daha fəal siyasi səylər göstərməyə çağırır\". SİA-nın xəbərinə görə, bu barədə ATƏT PA-nın Belqradda başa çatan illik iclasının yekun bəyannaməsində deyilir.

Qeyd edək ki, ATƏT PA-nın iyulun 6-10-da Serbiyanın paytaxtı Belqrad şəhərində yay sessiyası keçirilib. ATƏT PA-nın yay sessiyanın əsas mövzusu "ATƏT-in effektivliyinin fəaliyyət qabiliyyətinin möhkəmləndirilməsi: Astana sammitindən sonra yeni başlanğıc" olub. Sessiya çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik komitəsi, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsi, İnsan haqları və humanitar məsələlər komitəsinin iclasları keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə