TÜRKPA nümayəndə heyəti 6-10 iyul 2011-ci il tarixində Serbiyanın paytaxtı Belqradda keçirilən ATƏT Parlament Assambleyasının (PA) 20-ci sessiyasında iştirak edir.
SİA-nın xəbərinə görə, səfər çərçivəsində TÜRKPA nümayəndə heyətinin bir çox ölkələrin ATƏT PA-dakı nümayəndə heyətləri ilə görüşü nəzərdə tutulur.
TÜRKPA nümayəndə heyətinə Qazaxıstan Respublikası Parlamenti Senatının beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Kuanış Sultanov və TÜRKPA-nın baş katibi daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB