Bir neçə ölkənin BMT yanında daimi nümayəndəsinin sabah Azərbaycana səfəri başlayır
Banqladeş, Burkina Faso, Konqo, Qambiya, Lesoto, Maldiv Adaları, Myanma, Nauru, Somali, Trinidad və Tobaqo, Dominikan Respublikasının BMT yanında daimi nümayəndələrindən ibarət nümayəndə heyətinin iyulun 6-8-də Azərbaycana rəsmi səfərləri nəzərdə tutulur.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, XİN-in dəvəti ilə baş tutacaq səfərin məqsədi Azərbaycanla daha yaxından tanış olmaqdır.
Qonaqlar səfər zamanı Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial həyatı və digər sahələrlə yaxından tanış olacaqlar.
Səfər çərçivəsində qeyd edilən ölkələrin daimi nümayəndələrinin bir sıra dövlət rəsmiləri ilə, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla da görüşləri planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB