Türkiyə Liviya ilə əlaqələrini tam kəsdi

Türkiyə Liviya ilə əlaqələrini tam kəsdi

Türkiyə höküməti Liviya ilə bütün əlaqələrini kəsdi. SİA-nın xəbərinə görə, rəsmi Ankara Liviya lideri Qəddafini və övladlarını ölkəyə daxil olması, o cümlədən hava məkanından istifadə etməklə digər ölkəyə uçmasını qadağan edən qərar qəbul edib.

Qeyd edək ki, Liviyada törədilən zorakılığa qarşı Türkiyə Tripolidəki səfirliyini bağlasa da səfir ölkəni tərk etməmişdi. Lakin bu gün Türkiyənin Liviyadakı səfiri Levent Şahinkaya Türkiyəyə geri çağrılıb. Bununla da rəsmi Ankara Qəddafiyə veto qoyub və bu ölkə ilə bütün diplomatik əlaqələrini kəsib.

Bütün xəbərlər Facebook səhifəmizdə