ABŞ rəsmisi: \" Azərbaycan terrorizmlə mübarizə üçün hər cür imkana malikdir\"
\"Azərbaycan terrorizmlə mübarizə mexanizmlərinin hazırlanması üçün bütün imkanlara malikdir\". SİA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin icraçı direktoru Ronni Fearklos açıqlaması zamanı bildirib. Fearklos məsələ ilə bağlı Azərbaycanla əməkdaşlığın faydalı olduğunu dilə gətirib: "Azərbaycanlı tərəfdaşlarla regionda və bütün dünyada kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq üçün birgə fəaliyyət göstəririk. Bu çox qürurverici haldır. Bu məslədə tərəfdaşımızın Azərbaycan olması isə ayrı bir fəxrdir. Çünki bu sahədə Azərbaycanın səylərinə güvənir, nəticənin də parlaq olacağına etibar edirik. Eyni zamanda Azərbaycan ABŞ-ın daimi tərəfdaşıdır və biz gələcəkdə də əməkdaşlığın uğurla davam etdiriləcəyinə inanırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB