Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncamı imzalayıb.
SİA-nın məlumatına görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə
(tarif) maaşları orta hesabla 25 faiz,
dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta
hesabla 10 faiz artırılsın.
Sərəncam 2011-ci il iyulun 1-dən qüvvəyə minir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB