Bu gün Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək
Bu gün Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti, doqquzuncu görüşü keçiriləcək. SİA-nın məlumatına görə, görüş Rusiya prezidentinin mükafatı uğrunda ənənəvi cıdır yarışları çərçivəsində baş tutacaq. Görüşdə münaqişənin nizamlanmasının baza prinsiplərinə dair sənədin imzalanacağı gözlənilir.
İyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağla bağlı üçtərəfli görüşü münaqişəsinin həllində əsas keçid rolunu oynayacaq və tərəflər münaqişənin həllində baza prinsiplərində razılıq əldə edəcəklər. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: "Biz rəsmi Bakı və İrəvanın mayın 26-da Dovildə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa prezidentlərinin - Azərbaycan və Ermənistan liderlərinə siyasi iradə göstərmək və Kazan sammiti zamanı Dağlıq Qarabağ nizamlamasının əsas prinsipləri layihəsi üzərində müzakirələri başa çatdırmaq çağırışı əks olunan birgə bəyanatına konstruktiv yanaşacaqlarını gözləyirik".
ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanla Kazanda Rusiya Prezidenti Dmitri Medvedevin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə keçiriləcək görüşlə əlaqədar telefon danışığı aparıb. Bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb. Obama ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri - Fransa Prezidenti Nikola Sarkozi və Rusiya Prezidenti Dmitri Medvedevlə birgə bəyanatında səsləndirilmiş müddəaları təsdiqləyərək bildirib ki, tərəflərin münaqişənin sülh yolu ilə həll olunması istiqamətində qəti addımlar atılmasının vaxtı çatıb.
ABŞ prezidenti iki ölkənin liderlərinə Kazan görüşündə əsas prinsipləri tamamlamağı və təsdiq etməyi tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB