Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini Seleste Vollenderi qəbul edib

Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini Seleste Vollenderi qəbul edib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyunun 23-də ABŞ-ın müdafiə katibi köməkçisinin müavini, xanım Seleste Vollenderi qəbul edib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ölkələr arasında hərbi əməkdaşlıq məsələlərinin vacibliyini vurğulayan S. Əbiyev bölgədəki hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Ermənistanın yaratdığı problemləri qonağın diqqətinə çatdırıb.


Xanım Vollander də öz növbəsində ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.


Görüşdə iştirak edən ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ölkəsinin Azərbaycana təyin etdiyi yeni hərbi attaşesi - polkovnik Daniel Qrillonu nazir Səfər Əbiyevə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня