Avropa İttifaqı Azərbaycandan üzr istəyib

Avropa İttifaqı Azərbaycandan üzr istəyib

Avropa İttifaqı Azırbaycandan üzr istəyib. SİA-nın məlumatına görə, qurumun rəsmi nümayəndəsi Azərbaycan bayrağının düzgün qoyulmamasını texniki səhv adlandıraraq vəziyyətdən təəssüf duyduqlarını dilə gətirib. Bu gün Brüsseldə prezident İlham Əliyevlə Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun görüşü keçirilib. Həmin görüşdə Azərbaycan bayrağı düzgün asılmayıb. Avropa İttifaqının rəsmi nümayəndəsi məsələ ilə bağlı dərhal açıqlama verərək məsələni texniki səhvlə əlaqələndirib. Azərbaycandan üzr istəyən nümayəndə məsələnin qurum tərəfindən böyük təəssüflə qarşılandığını etiraf edib.

Xatırladaq ki, prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirir. Səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin Aİ Şurasının sədri German van Rompey, Avropa Parlamentinin sədri Yerji Buzek və Aİ-nin genişlənmə, Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşlərinəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə